Volodin Moskvada Sahibə Qafarova ilə danışıqlar aparacaq
Sentyabr 23
09:27
2020
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bu gün Moskvada Rusiyada rəsmi səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə danışıqlar aparacaq.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının mətbuat xidmətindən bildiriblər.
Bildirilir ki, bu, Sahibə Qafarovanın Rusiya parlamentinin aşağı palatasına ilk səfəridir.