SON XƏBƏR

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

Aprel 12
13:30 2018
Rusiya Prezidenti Vladimir Putin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə İlham Əliyevə təbrik məktubu göndərib.
 
"Report" xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.
 
"Seçkilərdə inamlı qələbə İlham Əliyevin yüksək siyasi nüfuzunu aydın şəkildə təsdiq edir, Azərbaycanın üzləşdiyi sosial-iqtisadi və xarici siyasət problemlərinin həllində onun xidmətlərinin qiymətləndirildiyini göstərir", - təbrik məktubunda deyilir.
 
Vladimir Putin İlham Əliyevin Moskva ilə Bakı arasında dostluq, yaxşı qonşuluq əlaqələrinin gücləndirilməsi üzrə səylərini yüksək qiymətləndirib və dövlətin birgə səylərlə bütün sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığı, eləcə də regional və beynəlxalq məsələlərdə qarşılıqlı tərəfdaşlığı genişləndirəcəyinə əminliyini ifadə edib, bunun Rusiya və Azərbaycan xalqlarının əsas maraqlarına cavab verdiyini vurğulayıb.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook