SON XƏBƏR

Viorel İordokesku: Vüqar Həşimov Azərbaycanın şahmat tarixində silinməz izlər buraxıb

İyul 25
16:26 2017
Vüqar Həşimov Azərbaycanın şahmat tarixində silinməz izlər buraxıb. O, dünya şahmat ictimaiyyəti arasında öz peşəkarlığı və səmimiyyəti ilə hər zaman yaddaşlardadır.
 
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycanın məşhur şahmatçısı, mərhum Vüqar Həşimovun məşqçisi, moldovalı Viorel İordokesku söyləyib.
 
O deyib: "Vüqar həmişə digər tələbələrimdən fərqlənib. Onun şahmata yanaşması, idmanın bu növünə olan sevgisi və yüksək peşəkarlığı həmişə məndə xoş təəssürat
yaradıb. Vüqar qazandığı uğurlara arxayınlaşmır, öz üzərində çalışır və hər zaman yeni hədəflərə nail olmaq istəyirdi”.
 
"Vüqar həyatdan tez köçdüyü üçün onun arzuları yarımçıq qaldı. Bu gün onun arzularından ən əsası gerçəkləşib. Onun adına Bakıda akademiya fəaliyyət göstərir. Akademiya Azərbaycanda şahmatın inkişafına, istedadlı idmançıların üzə çıxarılmasına, şahmatın kütləviləşməsinə mühüm təsir göstərir”, - deyə moldovalı məşqçi əlavə edib.
 
Viorel İordokesku deyib: "Uşaqlar Vüqarın partiyalarını mütləq öyrənməlidirlər. Onun qazandığı nailiyyətlər əksər şahmatçılar üçün əlçatmazdır. Bu gün onun yoxluğunu qəbul etmək çətindir. Biz onu daim xatırlayırıq. Uşaqlar Vüqardan öyrənməklə potensiallarını artırmalı, uğur qazanmalıdırlar”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook