SON XƏBƏR

Vilyam Hacıyevin cinayətləri: İmişlidə nələr olub? (VİDEO)

May 08
10:14 2020
İmişlidə dövlət vəsaiti hesabına tikilmiş çoxmənzilli yaşayış binasındakı mənzillər rüşvət müqabilində satılıb.

Halbuki, bu mənzillər sosial-məişət şəraiti aşağı olan şəxslər üçün tikilib və onlara pulsuz paylanmalı idi.

Xezer Tv xəbər verir ki, keçmiş icra başçısı Vilyam Hacıyev mənzil almağa növbəsi çatan vətəndaşları öz adamları vasitəsilə çağırtdırıb və onlardan pul müqabilində mənzilləri almalarını tələb edib.

Vətəndaşlarla söhbət zamanı məlum olur ki, ətraf rayonlardan gələnlər belə pul verərək mənzil sahibi olublar.

Ev ala bilməyən vətəndaşlar deyirlər ki, əksər mənzillər rüşvətlə satılıb. Bəzi evlər isə öz adamlarının adına rəsmiləşdirilib. Hazırda isə həmin mənzillər kirayə verilib.

Hazırda Vilyam Hacıyev barəsində ittiham olunan maddələr üzrə araşdırmalar davam etdirilir.

Xəzər TV-nin mövzu ilə bağlı hazırladığı daha ətraflı videomaterialını təqdim edirik
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook