SON XƏBƏR

Vilayət Eyvazov: "Ötən il bağlı qalan 310 cinayətin açılması təmin edilib"

Yanvar 19
04:19 2021
2019-cu illə müqayisədə ötən il qəsdən sağlamlığa az ağır zərərvurma, mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, avtonəqliyyat vasitələrinin qaçırılması kimi cinayətlər azalıb.

"Report" xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.

O bildirib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 85,5 faizinin, eləcə də, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalan 310 cinayətin açılması təmin edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook