SON XƏBƏR

Vilayət Eyvazov Sadiq Gözəlovu vəzifəsindən azad etdi

Fevral 15
09:59 2021
Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru vəzifəsindən azad edilib.

Qlobal.az Qafqazinfo-ya istinadən xəbər verir ki, fondun direktoru Sadiq Gözəlov nazir Vilayət Eyvazovun əmri ilə polis polkovniki işdən çıxarılıb.

Qeyd edək ki, S.Gözəlov 2017-ci ildə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən təqaüdə göndərilmişdi. Daha sonra isə qeyd edilən mülki vəzifəyə təyin edilmişdi.

Onun yerinə isə polis polkovniki Ehsan Zahidov təyin edilib. Bu yaxınlarda isə Bakı polisinin mətbuat katibi, polis mayoru Elşad Hacıyev nazirliyin mətbuat xidmətinin şöbə rəisi vəzifəsinə gətirilib.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook