SON XƏBƏR

Vətəndaş müharibəsində yarım milyon insan öldürülüb

Mart 13
01:18 2018
Suriya İnsan Haqqları Müşahidə Təşkilatı 2011-ci ildə başlayan vətəndaş müharibəsi nəticəsində ölən insanların sayını açıqlayıb

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, təşkilat bu rəqəmin 511 min nəfər olduğunu bildirib. Ölənlərdən sadəcə 350 mindən çoxunun şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. 

Qətlə yetirilənlərin 85%-nin Suriya höküməti və müttəfiqləri tərəfindən öldürülən mülki vətəndaşlar olduğu bildirilir. 

Hazırda Suriyada Şərqi Quta və Afrində qarşıdurmalar davam edir. Vətəndaş müharibəsi milyonlarla insanı evlərini tərk etmək məcburiyyəti ilə üz-üzə qoyub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook