SON XƏBƏR

Vətəndaş cəmiyyəti fəalları prezident Əliyevi Cəfərlinin işini şəxsi nəzarətinə götürməyə çağırıblar

Sentyabr 08
13:32 2016
Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup fəalı prezident İlham Əliyevə REAL hərəkatının icraçı katibi Natiq Cəfərlinin işini şəxsi nəzarətinə götürmək xahişi ilə müraciət göndərib.
 
Son dövrlər vətəndaş cəmiyyəti fəallarına qarşı irəli sürülmüş bu cür ittihamların ləğvi dövlət və vətəndaş cəmiyyəti arasında normal dialoqu bərpa etmək imkanı haqqında ümid yaradıb. Amma indi Natiq Cəfərlinin analoji ittihamla istintaqa cəlb edilməsi və həbsi bizdə ciddi narahatlıq doğurur, deyə müraciət müəllifləri qeyd edir.
 
Müraciətdə deyilir ki, Natiq Cəfərov ölkənin məşhur iqtisadçılarından biridir, o, müntəzəm olaraq KİV vasitəsilə hökumətə ölkədə mövcud iqtisadi vəziyyətin yaxşılaşdırılması üzrə praktik təkliflərlə çıxış edib. Onun praktik tövsiyələri vətənə sevgidən və onun inkişaf etməsi arzusundan irəli gəlirdi.
 
Natiq Cəfərli avqustun 12-də saxlanılıb və Nəsimi rayon məhkəməsinin qərarı ilə CM-in 192.1-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli bilinən şəxs qismində 4 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Müraciəti Arzu Abdullayeva, Səadət Bənənyarlı, Novella Cəfəroğlu, Mehman Əliyev, Samir Əliyev, Zərdüşt Əlizadə, Əvəz Həsənov, Qubad İbadoğlu, Aslan İsmayılov, Şəhla İsmayılova, Ələsgər Məmmədli, Mirvari Qəhrəmanlı, Səidə Qocamanlı, Toğrul Cuvarlı imzalayıblar.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook