SON XƏBƏR

Vergilər Nazirliyi jurnalını Azərbaycan Dövlət İqtisad Universitetinə satdı

İyul 04
12:22 2019
Vergilər Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universiteti "Azərbaycanın vergi jurnalı"nın satınalınmasına dair müqavilə imzalayıblar.

"Report” xəbər verir ki, jurnalın təhsil müəssisəsinə satılması ilə bağlı iyulun 3-də Vergilər Nazirliyi ilə müqavilə imzalanıb.

Müqavilənin dəyəri 58 400 manatdır. 

Xatırladaq ki, jurnal 2003-cü ildə iyulun 1-də Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsis edilib. İlk adı "Azərbaycanın vergi xəbərləri" jurnalı olub. 2012-ci ildən bu jurnal yeni adla iki ayda bir dəfə 212 səhifə həcmində 3 min nüsxə tirajla nəşr edilir. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook