SON XƏBƏR

Vergi borcuna görə sahibkarın 16 mərtəbəli binası hərraca çıxarıldı - Azərbaycanda

Avqust 11
19:20 2016
«Gəhər» Mənzil-Tikinti Kooperativinin (MTK) Bakıda inşa etdiyi 120 mənzildən ibarət 16 mərtəbəli bina 2-ci dəfədir ki, satışa çıxarılır.

Qanunvericiliyə uyğun olaraq, 2-ci cəhddə ilkin qiymət 10 faiz aşağı salınıb.

Əvvəlkindən 280 min manat ucuz Hərraca dair elanda yaşayış binasına 2,8 milyon manat qiymət qoyulduğu göstərilir.

Birinci dəfə alıcı tapılmadığından, indi binanı əvvəlkindən 280 min manat ucuz almaq olar. Bir mənzilə, orta hesabla, 21 min manat qiymət müəyyənləşdirilib.

Hərracda «Gəhər» MTK-ya məxsus lift də satışa çıxarılıb. Ona 20,8 min manat qiymət qoyulub.

Hərrac mərkəzində Azadlıq Radiosuna deyiblər ki, əmlakı qiymətləndirməyə «Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti» MMC cəlb olunubmuş.

"Gəhər”in borcu bir milyon manata yaxındır.

«Gəhər» MTK-da vergi borcunun yaranma səbəblərini açıqlamayıblar. Bakı İnzibati-İqtisadi Məhkəməsinin ötən ilin sentyabrındakı qərarıyla vergi borcu tanınsa da, könüllü ödənilmədiyindən, məhkəmə icraçıları hərrac keçirirlər.

Mənzil tikintisiylə 11 ildən bəri məşğul olan «Gəhər» MTK-nın vergi borcu 975 min manatdan çoxdur.

Hərrac sentyabrın 10-də Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzində keçiriləcək.

Çoxmərtəbəli ev satılan ilk hərrac deyil

Bu, vergi borcuna görə çoxmərtəbəli yaşayış evinin satışı üzrə ilk hərrac deyil. Vergilər Nazirliyi daha öncə - elə bu il «Yevrostroy-S» şirkətinin inşa etdiyi binanı da satışa çıxarmışdı.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook