SON XƏBƏR
  • Millimiz Moldovaya qalib gəldi2020-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.  Qaynarinfo xəbər verir ki, Joze Alesio Da Silva..
  • 72 yaşlı icra başçısı da yola salınırSon günlər hakimiyyətdə sürətli kadr islahatları aparılmaqdadır.    Prezident İlham Əliyevin apardığı kadr islahatları əsasən yaşı 70-i ötmüş, uzun illərdir müxtəlif vəzifələrdə çalışmış m..
  • Daha bir korrupsiya yuvası ləğv ediləcək"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ləğv ediləcək. Bu barədə Qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub.  Məlumata görə, sözügedən səhmdar cəmiyyətin "Azərsu" ASC-yə birləşd..
  • “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıbSosial əhəmiyyət daşıyan layihələrdə fiziki məhdudiyyətli şəxslərə hər zaman dəstək göstərən "Nar”, "Radio Antenn" 101 FM-lə birgə "Canlı kitab” layihəsinə start verib. Layihə çərçivəsində dünya və Az..
  • Ramiz Mehdiyev AMEA prezidenti olduOktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir. Qlobal.az xəbər verir ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatların..
  • Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona "Heydər Əliyev” ordenini təqdim edib.   Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti mə..
  • Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edibAkademik Ramiz Mehdiyev "Heydər Əliyev” ordeni ilə təltif edilib. APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. R. Mehdiyev Azərbaycan Respublikasın..
  • Prezident Təhlükəsizlik Şurasının tərkibini dəyişdiPrezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişikli..
  • Prezident İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib. Qlobal.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin..
  • Prezident Ramiz Mehdiyevi vəzifəsindən azad etdiPrezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Qlobal.az xəbər verir ki, sərəncamd..

“Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş vergi ödəyicilərinin sayı artıb” - Sahib Ələkbərov

Sentyabr 17
18:14 2019
"Əvvəllər vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş vergi ödəyicilərinin sayı az idi. Əgər əvvəl bu onlarla ölçülürdüsə, indi minlərlədir”.

Bunu "Report”a eksklüziv açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov son illər vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş vergi ödəyicilərinin sayının açıqlanmaması məsələsinə aydınlıq gətirərkən deyib.

S.Ələkbərovun sözlərinə görə, hazırda həmin vergi ödəyicilərinin adını VÖEN və ya FIN-koda uyğun sistemdə tapmaq mümkündür: "Hazırda respublikada 1,034 milyondan çox vergi ödəyicisi qeydiyyatdan keçib. Vergi ödəyicilərinin sayı artdıqca ölkədən getmək hüququ məhdudlaşdırılanların sayı da artır. Hamı istəyərdi ki, bu siyahıda azalma olsun və heç kim istəmir ki, ölkədən getmək hüququ məhdudlaşdırılsın”.

Nazir müavini ABŞ və Avropanın bir sıra ölkələrində olduğu kimi vergidən yayınmaya görə, qanunvericiliyin sərtləşdirilməsinin tərəfdarı olmadığını qeyd edib: "ABŞ yaxud Avropanın vergi inzibatçılığının tarixi arasında kəskin fərq var. Bizim vergi inzibatçılığımız 1991-ci ildən başlayır. Çox kəskin addımlar atmaq olmaz. Diktatura metodu ilə getmək lazım deyil. Beyinlərdə dəyişiklik etmək lazımdır. İnsanlar artıq bunu başa düşməlidir”.

S. Ələkbərov Baltikyanı ölkələrdə bu sahədə irəliləyişin olmasının səbəblərini də açıqlayıb: "2011-ci ildə tədbirlərin birində mən Estoniyanın Vergi və Gömrük Administrasiyasının rəhbərindən soruşdum ki, "Siz nağdsız ödənişlərə keçmişiniz. Biz də bu istiqamətdə ciddi addımlar atmaq niyətindəyik. Mənə izah edin görüm, siz hansı addımları atdınız, nə etdiniz?” Gördüm sualı başa düşmədi. Təzədən bir də izah etdim. Qayıtdı ki, "biz nə etməliyik axı?! Nağdsız ödənişlərə keçməklə bağlı qanun qəbul olundu və heç bir problem olmadı”. Bu gün Estoniyada nağd ödənişlərin həcmi ən aşağı həcmdədir. Çünki bu artıq insanların şüuruna işləyib. Amma biz yüz dəfə deyirik ki, "nə olar, siz Allah bunu eləyin. Bu lazımdır, sizə sərf edir. Digər məsələ də var ki, onlar SSRİ-nin tərkibində cəmi 40 il qalıblar. Əvvəllər isə Avropada olublar. Bu da hamısına təsir edir. Bizdə də bunun üçün zaman lazımdır. Həddindən artıq [vergi hüquqpozmalarına qarşı cəza tədbirlərini] sürətləndirmək fəlakətə gətirib çıxarır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook