SON XƏBƏR

Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Aprel 13
17:25 2017
Venesuelada hökumət əleyhinə baş verən iğtişaşlarda ölənlərin sayı 5 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ötən gün Lara ştatında prezident Nikolas Maduronun tərəfdarları odlu silahdan atəş açaraq 36 yaşlı kişi və 14 yaşlı yeniyetməni güllələyiblər.

Bundan əvvəl daha 3 nəfərin iğtişaşlar nəticəsində öldürüldüyü bildirilirdi. Belə ki, Miranda və Karabobo ştatlarında iki gənc güllələnib, paytaxt Karakasda isə ahıl qadın gözyaşardıcı qazdan zəhərlənərək dünyasını dəyişib.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti vermişdi. Hazırda qərar ləğv edilsə də, müxalifətçilər Ali Məhkəmə üzvlərinin istefasını tələb edirlər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook