SON XƏBƏR

Venesuela Amerika Dövlətləri Təşkilatından çıxa bilər

Aprel 26
15:04 2017
Venesuelanın xarici işlər naziri Delsi Rodriqes bildirib ki, ölkə Amerika Dövlətləri Təşkilatından (ADT) çıxa bilər.
 
"Report" xəbər verir ki, bu barədə "Telesur" məlumat yayıb.
 
"Mən ADT-nin XİN rəhbərlərinin Venesuela ilə razılaşdırılmamış görüşü keçiriləcəyi təqdirdə ölkə prezidenti Nikolas Madurodan ölkənin təşkilatdan çıxarılması prosesini işə salmaq göstərişi almışam", — deyə Rodriqes bildirib.
 
Cari ilin mart ayında Maduro Venesuela və ADT arasında qarşılıqlı münasibətlərin gələcək taleyini xalq ilə müzakirə etməyə hazırlaşdığını bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook