SON XƏBƏR

VÖEN-i olandan 1% nağdlaşdırma vergisi tutulacaq

Dekabr 30
10:36 2016
"Həm sadələşdirilmiş vergi ödəyiciləri, həm də Əlavə Dəyər Vergisinin ödəyiciləri pul vəsaitini nağdlaşdıran zaman 1% vergini ödəməli olacaqlar”.
 
"Marja”nın məlunmatına görə, bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.
 
O şərhinə belə davam edib: "Sadələşdirilmiş vergi hasilatdan, yəni daxil olmuş məbləğdən tutulan vergidir. Əlavə Dəyər Vergisi də  ümumi dövriyyədən hesablanır. Yəni, vergitutma obyekti mal və işlərin təqdim olunmasına görə dövriyyələrdir. Nağdlaşdırmaya tətbiq ediləcək 1% verginin tutulması üçün isə obyekt fərqlidir, yəni pul vəsaitlərinin nağdlaşdırılıması vergiyə cəlb edilir. Burada tamamailə fərqli vergitutma obyektləri olduğundan ikiqat vergitutmadan söhbət gedə bilməz. Vəsait istər kart, istərsə də birbaşa çek vasitəsilə nağdlaşdırılırsa mənbədə 1% vergiyə cəlb olunacaqdır. Bu vergi banklar tərəfindən hesablanıb dövlət büdcəsinə ödəniləcəkdir”.
loading...



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook