SON XƏBƏR

Vəkil Aslan İsmayılov Lent.az-ı məhkəməyə verib

Yanvar 06
14:22 2017
Vəkil Aslan İsmayılov Lent.az İnformasiya agentliyini məhkəməyə verib. A.İsmayılov "Elçi" qəzetinin baş redaktoru Əli Həziquliyevin qəzetdə yazdığı və saytın da yayımladığı "Biz hamımız kimlərinsə dostuyuq" sərlövhəli məqaləsində şərəf və ləyaqətinin alçaldılması, eləcə də işgüzar nüfuzuna xələl gətirilməsi iddiası ilə Xətai rayon Məhkəməsinə müraciət edib. Vəkil tərəflərin hər birindən mənəvi zərərə görə 50 min manat tutulmasını və təkzib yazısının dərc edilməsini tələb edib.
 
Artıq məsələ ilə bağlı Xətai rayon Məhkəməsində hakim Səadət Səlimovanın sədrliyi ilə məhkəmə başlayıb və dekabrın 7-də hazırlıq, 26-da isə ilkin baxış iclası keçirilib. Növbəti iclas isə yanvarın 13-də saat 17:00-a təyin olunub.
 
Lent.az iddia edir ki, məlum yazı dərc edildikdən sonra Aslan İsmayılov Lent.az-a öz mövqeyinin dərc edilməsi ilə bağlı hər hansı müraciət etməyib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook