SON XƏBƏR

Vəkil Akif Çovdarova bəraət istədi

Sentyabr 20
11:54 2017
Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edir.
 
Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqdirləndirilən şəxslərin vəkilləri çıxış edib.
 
Prosesdə A.Çovdarovun vəkili Sadiq Rəsulov müdafiə çıxışı edib.
 
Vəkil sabiq MTN generalının günahsız olduğunu, ittihamları qəbul etmədiyini deyib. S.Rəsulov A.Çovdarovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Hazırda proses davam etdirilir.
 
Bildirək ki, prokuror Akif Çovdarova cəza istəyib. Dövlət ittihamçısı Çovdarovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror Səlim Məmmədov 12 il, Akif Əliyevlə Orxan Osmanovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook