SON XƏBƏR

"Vegas"-ın naxçıvanlı sahibi hansı məmurun qohumudur? - FOTOLAR

May 01
01:23 2018
"Nəvələrimizi parkda acqarına kabab iyində gəzdiririk"
 
Bu barədə Qlobal.az-ın elektron poçtuna ünvanlanan məlumatda deyilir. 
 
Sakinlərin ünvanladığı məktubda qeyd olunur ki, Məmmədcəfər Cəfərov (Moskva prospekti - 68) küçəsində yerləşən kiçik park təmir olunandan sonra daha bura övladlarını, nəvələrini  gəzdirməyə gətirə bilmirlər.
 
"Bura uşaq parkıdı, "sovet" dövründən fəaliyyət göstərib. Parkda cürbəcür atraksionlar var idi. Parkın əhatəsi bütünlüklə yaşayış binalarıdır. Ancaq bura hava almağa düşürdük. Bu parkda ancaq yaşlılar, qadınlar, uşaqlar olurdu. Parkın təmirsiz olmasına baxmayaraq, rahat idi, sakitçilik idi".
 
Sakinlər deyirlər ki, təxminən iki il əvvəl park təmir olunub.
 

"Təxminən iki il əvvəl parkda qəfil təmir işləri başladı. Qazonlar əkildi. Yerə daş döşəndi. Müasir, rəngli atraksionlar parka gətirilərək quraşdırıldı. Hamımız sevinirdik. Uşaqlarımızın təmiz, müasir parkda rahat gəzəcəyini, oynayacağını zənn edirdik. Ancaq sevincimiz uzun sürmədi. Təmir işləri sona yaxınlaşan zaman parkın ərazisində "Vegas" adlı kafe tikməyə başladılar. O gündən "Vegas" kafesinə görə cavan qadınlar uşaqlarını parka gəzməyə gətirə bilmir. Çünki, o kafeyə müxtəlif cür insanlar gəlir. Spirtli içkilər içilir. Cürbəcür spirtli içkilərdən ibarət nəhəng vitrinləri var. Kabab tüstüsündə körpələrimizi gəzdirə bilmirik. Əksəriyyətimiz pensioner adamlardı. Nəvələrimiz bizdən kabab istəyəndə ala bilmirik, ürəyimiz sızıldayır".
 
Sakinlər yazır ki, parkı "Vegas"ın sahibinin təmir etdiyi deyilir.
 
"Dəfələrlə "Vegas"ı işlədənlərə irad bildirmişik. Deyirlər ki, bu kafe parkı təmir edənindi. Deyilənə görə sahibi Naxçıvanlıdı. Nəsiminin İcra başçısının qohumudu. Ayı 2500 manata arendaya verib. Əgər doğrudan da parkı o adam təmir edibsə Allah köməyi olsun. Ancaq çox yaxşı olardı ki, kafedə spirtli içkiləri, kababları yığışdırtdıraydı. Qarşıdan yay gəlir. Artıq indidən stolları bayıra çıxarıblar. Stolda əyləşib pivə içən insanların arasında qadınların, qocaların necə uşaq gəzdirəcəyini təsəvvür edə bilmirik". 
 
Məsələ ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətindən münasibət öyrənməyə çalısaq da, qarşı tərəf münasibət bildirmək istəmədi.
 
Qlobal.az
 

 

 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook