SON XƏBƏR

Vatikan muzeylərini bağlayır

Mart 09
08:53 2020
Vatikan daxilində və Romadakı Papa baziliklərindən olan bütün muzeylər koronavirusun yayılmasının qarşısını almaq üçün aprelin 3-dək bağlanır.

Trend-in məlumatına görə, bu barədə Müqəddəs Taxt-tacın mətbuat xidməti xəbər verib.

Xatırladaq ki,Vatikan ərazisində koronavirusa yalnız bir yoluxma halı təsdiqlənib. Bununla bağlı yoluxan şəxslə əlaqədə olan beş nəfər karantinə yerləşdirilib.

Koronavirusun yayılması təhlükəsi səbəbindən martın 8-də tarixdə ilk dəfə olaraq ənənəvi Papa xütbəsi video müraciət formatında həyata keçirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook