SON XƏBƏR

Vaşinqtonla Moskva arasında münasibətlərin normallaşmasının şərti açıqlanıb

Dekabr 04
11:49 2017
"Ukraynada vəziyyətin tənzimlənməsi Moskva ilə Vaşinqton arasında ikitərəfli münasibətlərin yeni həyatına nəfəs verə bilər”. Bunu ABŞ-ın Rusiyadakı səfiri Con Xantsman "Vedmosti” qəzetinə müsahibəsində deyib.
 
İki ölkə arasındakı əlaqələrin durumunu şərh edən və normallaşmasının şərtlərini açıqlayan diplomat vurğulayıb ki, hazırda Ukraynada vəziyyət son dərəcə mürəkkəbdir: "Məhz Ukrayna Moskva ilə Vaşinqton arasında münasibətlərin həyatına yeni nəfəs verə biləcək yeganə məsələdir. Moskva ilə münasibətlərimizin bərpası üçün Ukrayna amili çox vacibdir”.
 
Səfir qeyd edib ki, iki ölkə arasında münasibətlər Rusiyanın ABŞ-da keçirilən prezident seçkisinə müdaxiləsindən sonra daha da mürəkkəbləşib: "Düzdür, ABŞ-ın bütün xüsusi xidmət orqanları müdaxilə ilə bağlı elə də əsaslı sübutlar təqdim etməyiblər. Bununla belə qeyd etməliyəm ki, münasibtələrimizin soyuması Ukraynadakı vəziyyətdən başlayır”.
 
Qeyd edək ki, C.Xantsman bu ilin sentyabrında ABŞ-ın Rusiyadakı səfiri təyin olunub. O, oktyabrın 2-də Moskvaya gəlib və etimadnaməsini Rusiya prezidenti Vladimir Putinə təqdim edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook