SON XƏBƏR

Vasif Talıbov Qarabağ qazilərinə maşın hədiyyə etdi (FOTO)

Dekabr 02
11:50 2017
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qarabağ qazilərinə avtomobil hədiyyə edib. 

Hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərə ötən gün "NAZ-Lifan-320” markalı minik avtomobilləri təqdim olunub.

V. Talıbov mərasimdə çıxış edərək bildirib ki, avtomobillə təmin olunan şəxslərin xidməti vəzifələrini layiqincə yerinə yetirməsi Vətənə xidmətin nümunəsidir: "Bu gün xidməti borclarını layiqincə yerinə yetirən insanlara avtomobillərin təqdim olunması həm də onların hərəkət imkanlarını yaxşılaşdıracaq”. 

Ali Məclisin sədri onlara yeni avtomobillərin açarlarını təqdim edib.
 
Qlobal.Az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook