SON XƏBƏR

"Vaqner" muzdlularının Minskdə həbsi: Zatulin Lukaşenkoya ilişdi – Gərginlik

İyul 30
11:10 2020
Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin Belarus tərəfinin Minskdə "Vaqner PMC yaraqlıları"nın tutulması barədə yaydığı məlumatlara münasibət bildirib. Siyasətçinin sözlərinə görə, Belarusiyadakı məhbusların sadəcə istirahət etməsi versiyası tamamilə ağlabatandır.

Qaynarinfo xəbər verir ki, Belarus hüquq-mühafizə orqanlarının məlumatına görə, Belarusiyada "200-dən çox rus muzdlu" fəaliyyət göstərir. Eyni zamanda 32 nəfərlik bir qrup 24-25 iyul gecə Minskdəki otellərdən birində qalıb və 27 iyulda Minsk yaxınlığındakı sanatoriyalardan birinə yerləşib. Orada onlar sanatoriya heyətinin diqqətini hər yerdə hərbi geyimdə gəzmələri, spirtli içki içməmələri və ümumiyyətlə, bir-birindən ayrılmamalrı ilə cəlb ediblər. Diversantlardan ən böyüyü 1971, ən gənci 1996-cı il doğumludur.

Dövlət Dumasının MDB işləri üzrə müavini Konstantin Zatulin MK-ya deyib ki, əvvəlcə Belarus tərəfdən rəsmi izahat gözləməliyik: 

"Bu bəyanat yalnız Belarusiyada deyil, Rusiyada da eşidilmək üçün nəzərdə tutulub. "Vagner" və onun şəxsi heyətinin Belarusiyada peyda olmasının səbəblərini söyləmək çətindir. Belarusiyada onların sadəcə istirahət etməsi versiyası tamamilə ağlabatandır. Hələ ki, heç kim onları nəsə planlaşdırmaqda və ya müəyyən məqsədlərlə gəlməkdə ittiham etmir. Bu açıqlamalar artıq seçki ərəfəsində Lukaşenkanın ənənəvi taktikasına çevrilib", - deyə siyasətçi vurğulayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook