SON XƏBƏR

Vaqif Əsədov yol polisləri ilə çəkiliş aparan sürücüləri qınadı: "Mentalitetə ziddir"

Aprel 04
00:31 2018
Son zamanlar sürücülər tərəfindən Yol Patrul Xidməti (YPX) əməkdaşlarının fəaliyyətinin video şəklində qeydə alınaraq, sosial şəbəkələrdə yerləşdirilməsi halları artıb.

Sanki sürücülər bu videoları öz müdafiəçiləri kimi görürlər. Bəs, görəsən, bu görüntülərin çəkilməsi nə qədər qanunidir?

Sözügedən məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov unikal.org-a açıqlama verib. 

O, yol polisini videoya çəkən sürücüləri qınayaraq sürücülərin bu addımını mentalitetə zidd hesab edir:

"Sürücülərin bu cür videoları çəkib sosial şəbəkələrdə və internetdə paylaşması doğru deyil. Mentalitetlə götürəndə belə videoları çəkən şəxslərin bu addımı qınağa səbəb ola bilər. Bu cür hərəkət mentalitetimizə zidddir. Çünki kimisə gizli videoya çəkmək düzgün hərəkət deyil".

Bölmə rəisi əlavə edib ki, bu cür videoların çəkilməsi ilə bağlı qanunvericilikdə boşluq var. Qanunvericilik bu hərəkəti qadağan etmir. Amma sürücülər elə bilir kamera ilə çəkməklə inspektorda qorxu hissi yaradacaqlar. Bu videoları yaymaqla nə əldə edirlər? Əksinə, polisin işinə mane olurlar və onların vaxtını alırlar. Təsəvvür edin yarım saatlıq, bir saatlıq video çəkir sonra onun 5 dəq sürücünün özünə sərf edən hissəsini sosial şəbəkələrdə paylaşırlar".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook