SON XƏBƏR

Van Ticarət və Sənaye Palatasının rəhbəri Bakıya gələcək

Dekabr 14
16:49 2017
Gələn il martın 15-dən aprelin 5-dək Van Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Vanda "Van Shopping Fest" keçiriləcək.
 
Van Ticarət və Sənaye Palatasının rəhbəri Necdet Takva festivalı tanıtmaq üçün Azərbaycana səfər edəcəklərini deyib.
 
Türkiyənin Kiçik və Orta Həcmli Müəssisələri İnkişafetdirmə və Dəstəkləmə İdarəsinin dəstəyi ilə Azərbaycana 3 günlük səfər planlaşdırdıqlarını deyən N.Takva qeyd edib ki, səfər çərçivəsində Türkiyənin ölkəmizdəki səfirliyini və Azərbaycan Ticarət və Sənaye Palatasını ziyarət edəcəklər. "Əsas məqsədimiz onları "Van Shopping Fest"ə dəvət etməkdir. İran ilə ilk dəfə 2014-ci ildə bu şəkildə əməkdaşlığa başlamışdıq. Budəfəki səfərimiz isə Azərbaycana olacaq”,- deyə Necdet Takva bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook