SON XƏBƏR

“Vallah, yayılan xəbərlər yalandır” – Tağı Əhmədovun xanımı

Avqust 21
21:10 2017
Xeyli vaxtdır Yasamal rayon icra hakimiyyətinin başçısı postu boşdur. Zaman uzandıqca mətbutada Yasamalın yeni icra başçısı kimi xeyli adamın adı hallanır.

Real namizəd kimi "Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədovun adı bu siyahıda keçir.

İddialara görə, Tağı Əhmədov Yasamalın icra başçısı olmağa hazırlaşır. Hətta, buna görə bütün vasitələrdən istifadə etdiyi deyilir.

Məsələ ilə bağlı Tağı Əhmədovla əlaqə saxlamaq cəhdimiz baş tutmadı. Xanımı Salatın Əhmədova isə saytımıza açıqlamasında yayılan xəbərlərin heç bir əsasının olmadığını dilə gətirib.

"Vallah yayılan xəbərlər yalandır. Şaiyədən başqa bir şey deyil. Düzü, bu cür xəbərlərin kimlər tərəfindən ortalığa atıldığını da bilmirik”.

Qeyd edək ki, ölkə rəhbərliyinin iradəsinin ziddinə olaraq, Hacı Cavad Məscidini sökdürdüyü üçün Yasamalın icra başçısı İbrahim Mehdiyev vəzifəsindən kənarlaşdırılıb.

Hazırda adıçəkilən rayonun icra başçısı postu boş qalır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook