SON XƏBƏR

Valeh Ələsgərov: Xəzərin delimitasiyasının təşəbbüskarı Azərbaycan olub

Aprel 25
11:16 2017
Azərbaycan Xəzəryanı ölkələrlə səmərəli əməkdaşlığın tərəfdarı olub. Xəzər dənizinin delimitasiyası məsələsində Azərbaycan təşəbbüskar olub, beynəlxalq hüquq çərçivəsində bu məsələnin həllinə töhfələr verib.
 
Qlobal.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov aprelin 25-də Bakıda keçirilən II SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumunda deyib.
 
V.Ələsgərov diqqətə çatdırıb ki, artıq Azərbaycan, Rusiya və Qazaxıstan arasında Xəzər dənizinin dibinin bölüşdürülməsi məsələsi həllini tapıb. Milli Məclis sədrinin müavini digər Xəzəryanı ölkələrin də bu sazişlərə qoşulacağına ümidvar olduğunu bildirib. O deyib: "Azərbaycan Xəzəryanı ölkələr üçün nümunə olaraq Xəzər dənizindən hasil olunan neft və qazı dünya bazarlarına çıxara bilib. Hazırda TANAP və TAP layihəsi istiqamətində müvafiq tədbirlər görülür. Əminəm ki, 2018-ci ilin sonu, ən gec 2019-cu ilin əvvəlində Azərbaycan qazı dünya bazarına çıxarılacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook