SON XƏBƏR

Vahid Əhmədov: “Tezliklə kredit faizləri də aşağı salınacaq”

Mart 01
13:00 2019
"Prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərman banklarda kredit fazilərinin azaldılmasına səbəb olacaq" 

Bu barədə Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. Deputatın sözlərinə görə, artıq banklar işlərini sıfırdan qurmalıdır ki, faizlər yüksək olmasın.

"Prezidentin problemli kreditlərlə bağlı fərmanında 3 ciddi məsələ var. Birincisi kreditlərin faizlərinin qaytarılması ilə bağlıdır. İkincisi bank sistemin sağlamlaşdırılması, kreditlərin restruktrizasiya edilməsi və əhaliyə çatdırılmasıdır. Üçüncü məsələ isə qiymətli kağızlar bazarının inkişaf etdirilməsi ilə əlaqədardır. Bunun üçün qiymətli kağızlar bazarına 715 milyon dollar vəsait buraxılır. Bu, qiymətli kağızlar bazarının inkişafı deməkdir. Dünən və bu gün kredit faizlərinin yüksək olması ilə bağlı banklara müraciət etmişəm. Dövlət banklara ona görə kömək etmir ki, 25-30 faizlə kredit verməkdə davam etsinlər. Banklar problemli kreditlərlə bağlı məsələ həll edildikdən sonra işlərini sıfırdan başlamalıdırlar və beynəlxalq aləmdə olduğu kimi kredit faizlərini 15-16 faizə salmalıdırlar”. 

V.Əhmədov qeyd edib ki, banklar krediti 3 əsas mənbə ilə verirlər. "Banklar Mərkəzi Bankdan müəyyən vəsait götürməklə və ya əlaqəsi olanlar beynəlxalq maliyyə qurumlarından vəsait götürməklə kredit verir. Üçüncü əsas mənbə insanların əmanətidir. Bu gün banklar əmanəti 12 faizlə götürürlər. Əmanəti 12 faizə götürüb, 10 faizə verə bilməz, ona görə də onun üstünə 3-4 faiz qoyub kredit verməlidir. Mərkəzi Bankdan götürülən kreditlər 9.5 faiz təşkil edir. Yəni banklar orta hesabla 15-16 faizlə kredit verə bilərlər ki, problem yaranmasın. Bu gün məhkəmələrdə problemli kreditlərlə bağlı minlərlə iş var. İndi o işlər dayandırıldı. Banklara vaxt verildiki, 1 ay müddətində işlərini yekunlaşdırsınlar. Əsas odur ki, fərman imzalandı, güzəştlər edildi, banklara müəyyən tövsiyyələr verildi. İndi banklar özləri fikirləşməli və kredit faizlərini aşağı salmalıdırlar. Çox güman ki, tezliklə bunun şahidi olacağıq”. 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook