SON XƏBƏR

Uşaq-Gənclər Velosiped İdmanı Məktəbində nə baş verir? – ŞOK MALİYYƏ MAXİNASİYASI İFŞA OLUNUR

Noyabr 28
12:49 2016
Mütəllim Həsənovun 2 həftəyə yaxındır ki, vəzifədən azad edilsədə onun "bönövrəsini” qoyduğu maliyyə maxinasiyası Anna Qladçenko tərəfindən bugün də "uğurla” davam etdirilməkdədir

Zaman-zaman redksiyamıza idman sahəsində olan neqativ hallarla bağlı ciddi şikayət məktubları daxil olmaqdadır.

Sayta daxil olan məlumatlardan biri də Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbi haqqındadır.

Məlumat üçün qeyd edək ki, ölkəmizdə velosiped idmanının inkişafı ilə Azərbaycan Velosiped İdmanı Federasiyası, bir çox klub və idman bölmələri məşğuldur. Bu idman məktəblərinin məqsədi velosiped idmanına maraq göstərən yeniyetmə və gənclərin bu idman növünə cəlb edilməsi və onların peşəkar idmançı kimi hazırlanmasını təşkil etməkdir.Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbi Azərbaycanda velosiped idmanının inkişaf etdirilməsinə öz töhfələrini vermiş məktəblərdən sayılır. Məktəb 1984-cü ildə Respublika Velotrekinin bazasında yaradılıb və fəaliyyət göstərir. Burada velosiped idmanı ilə məşğul olan yeniyetmə və gənclər məşqləri həm açıq səma altındakı velotrek meydançasında, həm də ölkə daxilində şosse yürüşlərində keçirirlər.Məktəbin direktoruAnna Qladçenko 1996-cı ildən bu idman məktəbinə rəhbərlik edir, sözün əsl mənasında 20 ildir yeyib dağıdır.

Redaksiyamıza daxil olan məlumatda qeyd edilir ki, Anna Qadçenko bu idman növü üzrə nazirlikdə əvvəllər olan daydaysının əli ilə "Mütəllim Oyunları” dırnaqarası proqramı adı altında pul qazanırdı. Bəs bu Mütəllim kimdir? Mütəllim Həsənov Gənclər və İdman Nazirliyindən bir neçı gün əvvəl işdən azad olunan idman məktəbləri sektorunun müdiri idi . Məlumatda qeyd olunur ki, sözü gedən məktəbin direktoru Anna Qladçenko bütün maliyyə maxinasiyalarını məhz Mütəllim Həsənovla birgə həyata keçirib.

Maraqlı məqam ondan ibarətdir ki, qeyd etdiyimiz özbaşınalıqlar bununla yekunlaşmır. Qeyd edək ki, bu məktəb həm də "Ailə Oyunları məktəbi”adı ilə yaxşı tanınır. Direktorun əri Vitaliy Qladçenko və oğlu Dimitriy Qladçenkoda fəaliyyətləri olmasa da burada çalışırlar. Başqa bir maxinasiya isə bir cox müəllimlərin və işçilərin "ADI VAR ÖZÜ YOX” prinsipi ilə işləməsindən ibarətdir. İdmançıların sayı cox gostərilərək qrupların açılması və əlavə pulların gəlməsi üçün şişirdilmişdir. Bu idmana can verən məşqçı-müəllimlərə fikir verilmir, ançaq onun "Ailə Oyunları” nda kim varsa onları düşünürlər.
 
Məlumatda o da qeyd olunur ki, Mütəllim Həsənovun 2 həftəyə yaxındır ki, vəzifədən azad edilsədə onun "bönövrəsini” qoyduğu maliyyə maxinasiyası Anna Qladçenko tərəfindən bugün də "uğurla” davam etdirilməkdədir. Xatırladaq ki, məktəb direktorunun təqaüdə çıxmasına az qalıb. Ola bilsin həyata keçirilən bütün qanunsuzluqların mayasında da məhz bu səbəb dayanır. Məhz Gənclər və İdman Nazirliyinin İdman şəbəsinin müdiri vəzifəsinə olimpiya çempionu Fərid Mansurov gətirildikdən sonra xoşagəlməz hadisələrin üstü açılaraq rəhbərliyə məruzə edilib. İdman sahəsində mövcüd olan bütün neqativ hallar araşdırılmalı, dövlətin bu sahəyə diqqət üçün ayırdığı maliyyə imkanları səmərəli istifadə olunmalıdır. Ölkə rəhbərimiz cənab İlham Əliyev idmanla bağlı bütün mötəbər tədbirlərində çıxışı zamanı bu, sahədə müxtəlif idman növlərinə rəhbərlik edən məmurların öz vəzifə borclarını şərəflə yerinə yetirmələri ilə bağlı ciddi tapşırıqlar verib. Bu tapşırıqların öhdəsindən gəlməməklə yanaşı, həmdə, dövlət büdcəsini öz malı kimi talayan insanlar işdən uzaqlaşdırılmalıdırlar.

Məsələ ilə bağlı Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin direktoru ilə əlaqə saxlamağa çalışdıq. Rəsmi saytlarda olan və aşağıda qeyd etdiyimiz telefon nömrəsi işləmir. Mobil nömrəyə çətinliklə də düşsək xanım direktor iclasa girdiyini dedi. Hər halda qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
(7News.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook