SON XƏBƏR

Uşaq bağçalarının ərzaq xərcləri 6 dəfə artırılır –Ekspert Rövşən Ağayev qaranlıq məqamlara diqqət çəkir

Noyabr 02
11:55 2018
İqtisadçı, büdcə məsələləri üzrə ekspert Rövşən Ağayev gələn ilin büdcə layihəsi ilə bağlı təhlillərini davam etdirir. Strateq.az xəbər veri ki, ekspert bu dəfə layihədə uşaq bağçalarına ayrılacaq vəsaitlərin kəskin artırılmasının səbəblərinə toxunub.

Ekspertin şərhini oxuculara təqdim edirik:

Hökumət gələn il üçün büdcədə uşaq bağçalarının ərzaq xərclərini 2018-ci ilə nisbətən birdən-birə 6 dəfəyə yaxın artıraraq 17 mln. manatdan 99.3 mln. manata çatdırıb. 
 
Məsələ rəqəmlərdə deyil. 
 
Əvvəla, necə olur ki, 2017-ci ildə bağçaların ərzağına 41.6 mln. manat xərclənir, 2018-ci ildə həmin xərclər 2.5 dəfə kəsilərək 17 mln. manata endirilir, sonra birdən-birə 6 dəfə artırılır. Əgər gerçəkdən də cocuqlar bağçalarda pis-yaxşı ərzaq alırlarsa, onların ərzağının pulu birdən-birə 2.5 dəfə azaldılanda necə
qidalanıblar?
 
İkincisi, uşaq bağçalarının fəaliyyətinin təmin edilməsi, o cümlədən ərzaq təchizatının təşkili yerli icra orqanlarının səlahiyyətindədir. Bu qurumlar hesabatlı deyillər və tamamilə qapalıdırlar. Ona görə onların xərcləmə səlahiyyəti mümkün qədər məhdud, sərəncalarında maliyyə nə qədər az olsa, o qədər yaxşıdır.
 
Hesablama Palatası bağçaların ərzaq xərclərinin 6 dəfə artmasını Nazirlər Kabinetinin "Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativlərinin” təsdiq edilməsi barədə 12 yanvar 2018-ci il 12 nömrəli qərarı ilə izah edir. Həmin sənəd ərzaq təminatı üçün yeni qaydalar müəyyən edir və bu qaydaya görə hər uşaq il ərzində 210 gün qida almalıdır.

Uşaqların qida normativləri isə Nazirlər Kabinetinin 19 mart 1994-cü il tarixli 103 saylı qərarı ilə təsdiqlənib. Həmin qərarda 1-6 yaş intervalında hər bir yaş qrupu üzrə uşaqların hansı qidadan nə qədər istehlak etməli olduğu müəyyən edilir.
 
Əslində yaxşı bir jurnalist yazısıdır, həmin qərardakı normativlər əsasında bir uşağın il (210 gün) ərzində neçə manat dəyərində ərzaq istehlak etməli olduğu və 99.3 mln. manatla il ərzində neçə uşağa qulluq göstəriləcəyini müəyyən edilə bilər.
 
Bir də bağçaya uşaq göndərən valideynlər bilməlidir ki, onların övladının qida xərci 6 dəfə artır. Hüquqlarımızı tələb edə bilməsək də, ən azından xəbərdar olmalıyıq.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook