SON XƏBƏR

USAID 2018-ci ildə Azərbaycana maliyyə yardımını azaltmaq niyyətindədir

Fevral 13
14:04 2018
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) 2018-ci ildə Azərbaycana maliyyə yardımını azaltmaq niyyətindədir.
 
"Report" xəbər verir ki, bu barədə ABŞ hökumətinin dərc etdiyi Birləşmiş Ştatların xarici siyasət qurumunun 2018-2019-cu illər üzrə büdcə layihəsində göstərilib.
 
Belə ki, layihədə 2018 və 2019-cu illərdə Azərbaycanda hərbi təlimlərə və treninqlərə ayrılacaq vəsaitin həcminin 600 min dollar təşkil edəcəyi qeyd olunub. Xatırladaq ki, 2017-ci ildə isə ABŞ-dan analoji xərclər üçün alınan yardımın miqdarı 639 min dollar təşkil edib.
 
Bununla yanaşı, 2018 və 2019-cu illər üzrə Azərbaycanın hərbi maliyyələşdirilməsi nəzərdə tutulmayıb. Qeyd edək ki, 2017-ci ildə bu məqsədlə respublikaya 1 milyon dollar ayrılıb.
 
Eyni zamanda, ABŞ Dövlət Departamenti xətti ilə həyata keçirilən iqtisadi yardım proqramları üçün ABŞ 2019-cu ildə Azərbaycana 3 milyon dollar ayırmağı planlaşdırır. Əlavə edək ki, 2017 və 2018-ci illərdə bu istiqamətdə vəsait ayrılmayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook