SON XƏBƏR

Universitetdə kütləvi zəhərlənmə – 82 tələbə xəstəxanaya çatdırıldı - TÜRKİYƏDƏ

Aprel 14
11:11 2017
Türkiyənin Mardin şəhərində yerləşən Artuklu Universitetində günorta yeməyindən sonra kütləvi zəhərlənmə olub.
 
A24.Az Türkiyə mediasına istinadla xəbər verir ki, nahar yeməyində universitetin yeməkxanasında toyuq qızartması, plov, şirniyyat və qatıq yeyən tələbələr eyni anda pisləşiblər. Bəzi tələbələr öz imkanları, bəziləri isə təcili yardımla xəstəxanaya çatdırılıblar. Zəhərlənmənin nəyə görə baş verdiyi isə araşdırılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook