SON XƏBƏR

Ukraynada seçkilər: Prezident məğlubiyyəti etiraf etdi

Aprel 22
00:08 2019
Ukraynada prezident seçkilərinin ikinci turu başa çatıb.

Qaynarinfo xəbər verir ki, seçkilərdə keçirilmiş milli "exit poll"un nəticələrinə görə, Vladimir Zelenski seçkilərin ikinci turunda qalib olub. 

Seçicilər arasında keçirilmiş rəy sorğusunun nəticələrinə görə, Zelenski 73,2 faiz səs toplayıb. "Exit poll"un nəticələrinə görə, hazırkı prezident Petro Poroşenko seçicilərin 25,3 faizinin səsini toplayıb.  

Vladimir Zelenski milli "exit poll"un nəticələrinin elan edilməsindən sonra seçicilərinə təşəkkür edib. O, tərəfdarlarına dəstəyə görə minnətdarlığını bildirib.

"Biz bunu birlikdə etdik. İndi heç bir pafos olmayacaq, mən sadəcə təşəkkür demək istəyirəm. Dəstək üçün öz valideynlərimə, güc və dözüm üçün xanımıma təşəkkür edirəm. Təşəkkürlər bütün bizim komandamıza, bütün qərargaha, hər kəsə, ekspertlərə, hüquqşünaslara, könüllülərə, müşahidəçilərə..! Hamıya təşəkkür", - deyə o, öz qərargahında çıxış edərkən bildirib.

Zelenski həmçinin "Kvartal 95"-ə, eləcə də hüquq-mühafizə orqanlarına təşəkkür edib.

Hazırkı Prezident Petro Poroşenko seçkilərin ikinci turunda rəqibi Vladimir Zelenskiyə üç dəfə az seçici səsi hesabı ilə uduzduğunu etiraf edib. O, bildirib ki, buna baxmayaraq siyasətdən getməyəcək. Poroşenko öz komandasını heç vaxt təslim olmamağa çağırıb.

"Əziz komanda üzvləri, əziz həmyerlilər, KİV əməkdaşları, heç vaxt təslim olmayın. Heç vaxt, heç vaxt, heç vaxt... Nə çoxluqda təslim olun, nə azlıqda...", - deyə o əlavə edib. 

Siyasətçi bildirib ki, bu sözlər ötən əsrin məşhur siyasətçisi, Britaniyanın sabiq baş naziri Uinston Çerçilə aiddir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook