SON XƏBƏR

Ukraynada deputat güllələnib

May 25
11:49 2018
Ukraynanın Çerkassı şəhərində "Batkivşina” partiyasının ofisinə silahlı hücum olub
 
Oxu.Az "Ren.TV”yə istinadən xəbər verir ki, silahlı insident nəticəsində partiyanın deputatı Serqey Qura həlak olub.

Deputatın cangüdəni travmatik tapançadan cavab atəşi açmağa çalışsa da, silahlı şəxs əl qumbarası çıxarıb və onu partladacağı ilə hədələyib.

Mühafizəçinin sözlərinə görə, silahlı şəxs Quranın baş və sinə nayihəsindən iki atəş açıb.

Hadisənin təfərrüatı araşdırılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook