SON XƏBƏR

Ukrayna: Silah anbarını Rusiya partladıb

Sentyabr 30
11:25 2017
Ukraynanın Vinnitsa vilayətindəki hərbi anbarda partlayış diversantların yerləşdirdiyi detonator sayəsində baş tutub.
 
Axar.az xəbər verir ki, bunu "İnter” televiziyasına açıqlamasında Ukrayna Baş prokuroru Yuri Lutsenko söyləyib.
 
"Biz buradakı partlayışın pilotsuz aparat vasitəsilə törədilməsi istiqamətində heç bir sübuta malik deyilik, amma əlimizdə detonatorun yerləşdirilməsi ilə bağlı faktlar var. Ehtimal edirik ki, bu, Rusiyanın hərbi fəaliyyətlərinin nəticəsidir. Burada diversiyanın bütün əlamətləri var. Balaklaydakı partlayışda da biz Ukrayna-Rusiya sərhədini keçən pilotsuz aparatın buradakı anbara partlayıcılar atdığını müəyyən etmişdik. Beləliklə, bu partlayış Rusiya diversiyasının nəticəsidir”? – deyə o bildirib.
 
Qeyd edək ki, sentyabrın 26-sı Ukraynanın Vinnitsa vilayətində, Kalinovkada yerləşən hərbi hissənin silah anbarında güclü partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər yaralanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook