SON XƏBƏR

Ukrayna Nəsirovu Azərbaycana təhvil verəcəkmi?

İyun 20
07:03 2017
Ukraynanın Dövlət Fiskal Xidmətinin sabiq rəhbəri. milliyətcə azərbaycanlı  Roman Nəsirovun işi KİV-in diqqət mərkəzində qalmaqdadır. Bu günlərdə məlum olub ki, Nəsirov nəinki Ukrayna, hətta Britaniya məhkəməsi qarşısında da cavab verə bilər.
 
Söhbət vətəndaşlıqdan gedir. Məlum olub ki, Nəsirov həm də Böyük Britaniya vətəndaşıdır. Bununla bağlı Kiyev məhkəməsi Nəsirovu Britaniya pasportunu təhvil vermədiyi üçün 100 min qrivna həcmində cərimə etməkdən imtina edib.
 
Ukraynanın Milli Antikorrupsiya Bürosundan virtualaz.org-un sorğusuna cavab olaraq bildiriblər ki, ölkə qanunvericiliyinə görə, Ukraynada dövlət qulluğunda olan şəxs digər ölkələrin vətəndaşı ola bilməz.
 
O ki qaldı ekstradisiya məsələsinə, Bürodan bildirilib ki, Ukrayna vətəndaşı digər ölkələrə ekstradisiya edilə bilməz. Hətta onun eyni zamanda başqa ölkənin vətəndaşı olduğu üzə çıxarsa.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook