SON XƏBƏR

Ukaynada Putin və Medvedevin maskası ilə 2 türk qarət olundu

Dekabr 07
11:30 2018
Ukraynada iki türk vətəndaşı Putin və Medvedev maskalı silahlı şəxslər tərəfindən soyulub.
 
Aznews.az xəbər verir ki, Lubyanka kəndində bir neçə ay əvvəl baş vermiş hadisədə oğrular türklərin 20 min dollarını oğurlayıblar.
 
Polis hadisədən sonra Kiyevdə apardığı əməliyyat nəticəsində 4 nəfəri saxlayıb.
 
Qarətçilərin silahları arasında əl bombasından tapançaya qədər bütün silahlar olsa da, ən çox diqqət çəkən Putin və Medvedev maskaları olub.
 
Həmin maskalar "dəlil” kimi götürülüb.
 
Qarətçilərin 30 və 55 yaşları olduğu bildirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook