SON XƏBƏR

Ueyn Runi 13 il sonra "Everton"da

İyul 10
00:08 2017
"Mançester Yunayted"dən ayrılan Ueyn Runi "Everton"a dönüb. "Qaynarinfo" fanat.az-a istinadən xəbər verir ki, bu barədə "Everton" rəsmi açıqlama yayıb.

Tərəflər arasında 2 illik müqavilə imzalanıb. Müqavilənin maliyyə tərəfləri açıqlanmayıb.

"Everton"un baş məşqçisi Ronald Koman bu keçidə görə xoşbəxt olduğunu bildirib: "Runi mənə qazanmaq üçün ehtiyacımız olan istəyi, arzuneu göstərdi. O, kubokları necə qazanmağı bilir və 31 yaşı var. Səviyyəsindən şöhəmiz yoxdu. Onun burda olması fantastikadı".

13 il sonra "Everton"a dönən Runi özü isə bunları deyib: "Yenidən bura qayıtmaq çox gözəldir. Yeni komanda yoldaşlarımı görməyi, məşqə çıxmağı və matçda oynamağı səbirsizliklə gözləyirəm. Mən əvvəllər bildirmişdim ki, İPL-də təkcə "Mançester Yunayted” və "Everton”da oynayacağam, ona görə xoşbəxtəm ki, bu transfer baş tutdu. Mən heç vaxt digər ingilis klubunun rənglərini müdafiə etməzdim”.

Qeyd edək ki, Runi 2004-cü ildə "Everton"dan 37 milyon avroya "Mançester Yunayted"ə transfer olunmuşdu. O, 2002-2004-cü illərdə bu klubun heyətində 77 oyuna çıxıb və 17 qol vurub. Mançester təmsilçisinin heyətində Premyer Liqanın (5 dəfə), Federasiya Kubokunun (1), Liqa Kubokunun (3), Super Kubokun (4), Çempionlar Liqasının (1), Avropa Liqasının (1) və klublararası dünya çempionatının (1) qalibi olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook