SON XƏBƏR

UEFA Çempionlar Liqasının oyunlarının istirahət günlərinə keçiriləcəyi barədə xəbərlərə münasibət bildirib

May 31
17:27 2017
UEFA Çempionlar Liqasında 1/4 final və yarımfinal oyunlarının 2021-ci ildən istirahət günlərinə keçiriləcəyi barədə iddialara münasibət bildirib.
 
"Report"un məlumatına görə, Avropa futbol qurumunun mətbuat xidmətindən TASS-a verilən açıqlamada bu xəbər təkzib olunub.
 
"UEFA 1/4 final və yarımfinal oyunlarını istirahət günləri keçirməyi planlaşdırmır. Yalnız final oyunu şənbə günü keçirilir və gələcəkdə də belə olacaq" deyə bildirilib.
 
Qeyd edək ki, iyunun 3-də Uelsin paytaxtı Kardiffdəki "Millenium" stadionunda İtaliyanın "Yuventus" və İspaniyanın "Real Madrid" klubları Çempionlar Liqasının final matçında üz-üzə gələcəklər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook