SON XƏBƏR

TV-lərdə xalqın "gözünə soxulan" hospital SOCAR-ın vitse-prezidentinin imiş...

Yanvar 09
10:29 2017
Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovun daha bir malikanəsi üzə çıxıb.
 
Mikayıl İsmayılovun 8-ci kilometr qəsəbəsi, Babək prospektində fəaliyyət göstərən "Modern” Hospitala bağlı ciddi məlumatlar üzə çıxıb.
 
Belə ki, əldə etdiyimiz məlumata görə, Hospitalın binasına 25 milyon manat xərc çəkilib və bina 3 milyon manatdan artıq tibbi avadanlıqla təchiz olunub. Hospital
 
Mikayıl İsmayılovun qardaşı, Pirallahı rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Cəmşid İsmayılovun həyat yoldaşı, İsmayılova Nəzakət Zakir qızının adına rəsmiləşdirilsə də, mülkiyyət Mikayıl İsmayılov tərəfindən idarə edilir. Mənbənin iddiasına görə, Mikayıl İsmayılov yuxarıların hədəfinə gəlməsin deyə belə bir addım atıb.
 
Binanın Nəzakət İsmayılovaya məxsus olması barədə Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti tərəfindən 0412992 saylı çıxarışı oxuculara təqdim edir:



Onu da bildərək ki, məlum sənədi Mikayıl İsmayılovun tapşırığı ilə 12 iyun 2014-cü ildə Dövlət Reystr Xidmətində qeydiyyatdan keçirilib və Nəzakət İsmayılovanın adına çıxarış verilib.(Azerinevs.tv)
 
Qlobal.az xatırladır ki, "Modern Hospital" yerli tv-lərdə yayımlanan bir çox serialların və əyləncə verilişlərinin baş sponsorudur.
 
Qlobal.az
 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook