SON XƏBƏR

Tusi klinikası vətəndaşın başına oyun açdı: “…həkimlər səni parçalayar”

Dekabr 04
16:46 2017
"Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov vətəndaşın N. Tusi adına klinikadan etdiyi şikayəti ictimailəşdirib.
 
Qlobal.Az xəbər verir ki, İctimai Birliyin sədri müvafiq şikayətin Səhiyyə və Vergilər Nazirliyinə göndərdiyini bildirib.
 
Şikayəti olduğu kimi diqqətinizə çatdırırıq:
 
Binəqədi r-nu, 8 mkr., Azadlıq pr.ev 26,mənzil 35 ünvanında yaşayan Zeynalova Konül Sultan qızı tərəfindən
 
Ə R İ Z Ə
Mən uzun muddətdir ki, onurğa sütunumda yaranmış problemdən əziyyət çəkirəm. Buna görə İsraildən tanınmış həkim dəvət etmiş özəl klinikaların birinə müraciət etdim. Həmin həkim mənə bildirdi ki, müalicə almağım üçün MRT müayinəsindən keçməliyəm. Həkimin verdiyi arayışla 13.04.2015-ci il tarixində N.Tusi adına özəl klinikaya müraciyyət etdim.
 
N.Tusi adınaklinikasına daxil olar olmaz nəzarətçi qolumdan tutub məniödəniş etmək üçün zorla kassaya apardı. Bu günə qədər bir çox özəl klinikalarda olmuşam, lakin bu cür davranış görməmişdim. Məlum oldu ki, MRT üçün klinikaya 607 manat ödəniş etməliyəm. Lakin buna imkanım çatmadığı üçün, xahiş etdim və 150 manat endirimlə 457 manat ödədim. Klinikada 5-6 saat gözlədikdən sonra çəkilişlər edildi. MRTmüayinəsindən keçmək üçün həkim mənə anasteziya inyeksiyasını damaravurarkən səhvən əzələyə düşdü və qolum şişdi. Həkimlər təcili qolumu sarıdılar. Nəticədə bu günə qədər barmaqlarımı hərəkət etdirə bilmirəm. Beləliklə MRT şəkilləri çəkildi.
 
Bəzi problemər üzündən və həmin ərəfədə anam dünyasını dəyişdiyi üçün müalicəmi bir müddətə dayandırmalı oldum. Bu vaxt ərzində israilli həkim öz ölkəsinə geri döndü.
 
Bir müddət sonra bakıdakı Koreya Şərq təbabəti klinikasına müraciət etdim. Koreyalı həkim mənimN.Tusi adına klinikada "MRT” çəkilmişfilmlərəbaxdıqda çox təcübləndi və bildirdi ki, filmlər kiçik yaşlı uşağın cızma-qarasına oxşayır və heç nə oxunmur. Həkim belə nəticəyə gəldi ki, çəkiliş zamanı tərpəniş olub və ya mütəxəssis yaxşı olmayıb. Buna görə də həkim tövsiyyə etdi ki, yenidən "MRT” çəkilişi etdirim.
 
"MRT”filmlərinin yenilənməsi məqsədi iləN.Tusi adınaklinikaya yenidənzəng etdimvə vəziyyəti bildirdim.Telefon zənginə cavab verən əməkdaş mənəhədə qorxu gəldi və "əyər sən bura gəlsən həkimlər səni parçalıyacaq, çünki sən şikayət edirsən” ifadəsini işlətdi. Buna baxmayaraq mən sakit halda klinikanın əməkdaşından xahiş etdim ki, məni həkimlə əlaqələndirsin. Lakin bu günə qədər zənglərim cavabsız qalır və ya kobud sözlərlə qarşılaşıram.
 
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə şikayət etdim və mənə yazılı surətdə cavab verildi. Cavabda bildirlirdi ki, şikayətiniz dövlət xidməti tərəfindən qanunvericiliyə uyğun olaraq araşdırılmışdır və müəyyən olunmuşdur ki, mənim tərəfimdənN.Tusi adlı klinikaya bu məsələ ilə əlagədar yazılı və ya şifahi şəkildə müraciyyət edilməyib, həmçinin "MRT”filmlərinin saxlanılma şəraitinə düzgün əməl olunmadığından yararsız hala düşə biləcəyini bildirmiş və bu barədə mənə ətraflı məlumat verilmişdir.Bir daha qeyd edirəm kı, klinika "MRT”filmlərinin çəkilişini düzgün aparmayıb.
 
Müalicəmi davam etdirmək üçün yeni "MRT”çəkilişlərinin olmasılazımdır ki, buna da, mənim imkanım yoxdur.
 
Müraciətlərimi dövlət orqanları tərəfindən (Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, daxil olma qeydiyatı: 07.09.2017, 13/1316 və İqtisadiyyat Nazirliyinə daxil olma qeydiyyatı: İN-D/Y – 18791/2017, 05.10.2017) olan müraciətlərimin heç bir müsbət nəticəsi olmadı, dövlət rəfindən mənə hec bir köməklik göstərilmədi.
 
01.11.2017-ci il tarixində mənim mobil telefonuma zəng olundu. Zəng edən şəxs (050) 291-57-89 nomrədən zəng vurmuşdur. Özünü N.Tusi adına klinikanın baş həkimi kimi təqdim etdi. Adının Afət xanım, soyadının Məhəmmədlı olduğunu bildirdi. Danışığının heç bir müsbət nəticəsi olmadı.
 
Mənin pulumu aldılar, "MRT” çəkdilər, amma heçnə oxumaq olmadı, şikayət edəndə də, dedilər ki, həkimlər səni parçalayar.
 
Sizdən mənim istehlakçı hüquqlarımın təmənnasız qorunmasına, N.Tusi adına klinikaya ödədiyim 457 manatın, məni 5 saat gözlədiyi üçün taksiyə ödədiyim 50 manatın geri qaytarılmasına kömək etməyinizi, klinikada mənim başıma gələnləri, bu klinikada nələr baş verdiyini ictimailəşdirməyinizi,"MRT” filmlərinin ekspertizaya verilməsinə və bu barədə müvafiq dövlət orqanlarına məlumat verməyinizi xahiş edirəm”.
 
Klinikanın da mövqeyini işıqlandırmağa hazırıq.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook