SON XƏBƏR

Türkmənistanda açılan yeni aeroport 'Rekordlar Kitabı'na düşdü - VİDEO

Sentyabr 19
12:21 2016
Hürriyət.Az-ın verdiyi məlumata görə, Türkmənistanın paytaxtı Aşqabadda bu gün 2 milyard dollardan artıq pul xərclənən yeni Beynəlxalq Hava Limanının açılışı olub. 

1200 hektar sahəni əhatə edən aeraportun 3 terminalı var: sərnişin, VIP və yük. Hava limanının  sərnişin buraxma gücü saatda 2000 sərnişindir. Aeraport istənilən tip və yükqaldırma qabiliyyətinə malik təyyarələri qəbul edə və beynəlxalq standartlara uyğun xidməti təmin edə bilər. İki uçuş-eniş zolağının uzunluğu 3800 metrdir.



Açılışda iştirak edən prezident Qurbanquli Berdmuhammedov yeni hava limanının  qitədaxili və qitələrarası ticari-iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini açıqlayıb.

Qeyd edək ki, yeni hava limanının əsas sərnişin terminalının tavanında dünyanın ən böyük xalça gelinin memarlıq rəsminin təsvir edilməsi səbəbilə "Ginnesin Rekordlar Kitabı”na düşüb. Bu ornamentin sahəsi 705 kvadratmetrdir.

Qlobal.az

loading...



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook