SON XƏBƏR

Türkiyəyə 12 qadını aparıb cinsi istismara məruz qoyan şəxs məhkəmədə bəraət aldı

İyun 25
12:58 2019
Bakı Ağır Cinayətlər Məhkəməsinə qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoymaqda ittiham olunan Səidə Əmiraslanovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org-un xəbəinə görə, dövlət ittihamçısı çıxış edərək S.Əmiraslanovanın 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

S.Əmiraslanova isə son sözündə əməlindən peşman olduğunu, övladlarını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edib.

Məhkəmənin hökmünə əsasən, S.Əmiraslanova barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və şərti cəza verilib.

Qeyd edək ki, S.Əmiraslanova bir qrup Azərbaycan vətəndaşı olan qadını Türkiyəyə aparıb, onları cinsi istismara məruz qoyub.

Cinayət işi üzrə 12 qadın zərərçəkmiş şəxs qismində tanınıb. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Məhkəmə istintaqında S.Əmiraslanova zərərçəkmişlərlə barışıb.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook