SON XƏBƏR

Türkiyənin Tehrandakı səfiri İran XİN-ə çağırılıb

Fevral 21
11:28 2017
Diplomata Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlunun fikirlər ilə bağlı etiraz bildirilib.
Türkiyənin Tehrandakı səfiri Rıza Hakan Tekin İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
 
"Report” "Haber7”yə istinadən xəbər verir ki, diplomata Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəhreynə səfəri zamanı və xarici işlər naziri Mövlud Çavuşoğlunun Münhendə təhlükəsizlik konfransında İran hakimiyyəti haqqında söylədiyi fikirlərə etiraz bildirilib.
 
Ötən gün isə İran Xarici İşlər Nazirliyinin sözçüsü Behram Kasimi Türkiyə rəsmilərinin fikirlərinə münasibət bildirərkən deyib: "Türkiyə məsələsində səbrli davranırıq. Ancaq səbrimizində sərhədi var. Türk dostlarımız bu ifadələri təkrarlasa, biz də susmayıb, qarşılıq verəcəyik”.
 
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğna Bəhreynə səfəri zamanı İran hakimiyyətini İraq və Suriyada fars milliyyətçiliyi siyasəti yürütdüyünü bildirmişdi.
 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə konfransdakı çıxışında bəyan etmişdi ki, İran Suriya və İraqda müsəlmanlar arasında bölücülük yaradır: "İranı bölgədə sabitliyi və təhlükəsizliyi təhdid etməyi dayandırmağa çağırırıq”.







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook