SON XƏBƏR

Türkiyənin güləş yığması İranda yol qəzasına düşdü

Mart 19
13:13 2017
Türkiyənin yunan-Roma güləşi üzrə milli komandası İranın Abadan şəhərində keçirilmiş Dünya Kubokundan Tehran hava limanına yollanarkən qəzaya düşüb.
 
"Report"un məlumatına görə, yığmanın olduğu avtobus yük maşını ilə toqquşub. Hadisə nəticəsində komanda üzvlərindən zədələnən olmayıb.
 
Əvəzində yük maşınında olanlar yaralanıb. Onlara ilkin yardımı millinin həkimi Ömər Kırmızı göstərib.
 
Qeyd edək ki, Türkiyə yığması Dünya Kubokunda 4-cü yeri tutub. Yarışda iştirak edən Azərbaycan millisi isə finalda Rusiyaya uduzaraq, 2-ci olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook