SON XƏBƏR

Türkiyənin diplomatik jurnalı Qarabağdan yazır

Noyabr 10
14:45 2017
Türkiyədə diplomatik dairələr üçün türk və ingilis dillərində nəşr olunan "Diplomatic Observer” jurnalının 2017-ci il noyabr nömrəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə dərc edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yazının müəllifi Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Əhməd Gəncəxan Babişdir.

Məqalədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyəti təhlil edən müəllif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Artıq diplomatik üstünlük bizim tərəfdədir” fikrini qeyd edib.

Yazıda ATƏT-in Minsk qrupunun vasitəçiliyinə baxmayaraq, Azərbaycan ərazilərinin işğal altında qaldığı, 1 milyon azərbaycanlının hələ də qaçqın və məcburi köçkün həyatı yaşadığı diqqətə çatdırılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook