SON XƏBƏR

Türkiyənin Azərbaycandakı səfiri: Türkiyə FETÖ ilə mübarizədə Azərbaycanın dəstəyini yüksək qiymətləndirir

İyul 13
10:29 2017
Erkan Özoral 2016-cı il iyulun 15-də ölkəsində baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı mətbuat konfransı keçirib.
 
FETÖ-nün dövlət çevrilişinə cəhd zamanı Türkiyə xalqının sərt müqaviməti ilə üzləşdiyini bildirən səfir deyib: "Bu hadisələr zamanı xalq meydanlara axışaraq mövqeni nümayiş etdirdi, siyasi partiyalar, media və qeyri-hökumət təşkilatları da dövlətin yanında oldu”.
 
Diplomat Azərbaycanın hər zaman olduğu kimi, 15 iyul hadisələri zamanı da Türkiyənin yanında olduğunu vurğulayıb. Buna görə Azərbaycan xalqına, Prezidentinə təşəkkür edən Erkan Özoral deyib: "Bildiyiniz kimi, FETÖ terror təşkilatı Türkiyənin xaricində də şəbəkələşib. Türkiyə xaricində də FETÖ-yə qarşı layiqli mübarizə aparılır. Azərbaycan FETÖ-yə qarşı mübarizədə daim Türkiyəyə dəstək verib. Türkiyə Fətullah Gülən hərəkatı ilə mübarizədə Azərbaycanın dəstəyini yüksək qiymətləndirir. Təəssüf ki, Türkiyə Gülən hərəkatı ilə mübarizədə beynəlxalq təşkilatlardan zəruri dəstəyi almır. Azərbaycan isə ilk gündən bu məsələdə bizi dəstəklədi və dəstəkləməyə davam edir. Tarixboyu müşahidə edilən bu həmrəyliyin ən müasir nümunəsi isə başda Prezident İlham Əliyev olmaqla, Azərbaycan xalqının Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinə qarşı verdiyi dəstəkdir”.
 
Diplomat dövlət çevrilişinə cəhd zamanı 250 nəfərin şəhidlik zirvəsinə ucaldığını xatırladıb. Qeyd edib ki, həmin gecə 2000-dən artıq vətəndaş yaralanıb. "O gecə çevrilişə cəhd göstərənlərin törətdikləri vəhşiliyin tayı-bərabəri yox idi. 15 iyul dönüş nöqtəsi oldu. Bu hadisə Türkiyə demokratiyası üçün mühüm sınaq oldu”,- deyə diplomat vurğulayıb.
 
Sonra səfir jurnalistlərin suallarını cavablandırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook