SON XƏBƏR

Türkiyəli yazarın qatili: Kitabını oxuyandan sonra onu öldürdüm - VİDEO

Dekabr 17
02:09 2016
Türkiyədə "Mələklər və yaşamaq" adlı kitabın müəllifi Beki İkala (Çukran) Eriklini qətlə yetirməkdə təqsirli bilinən 31 yaşlı  Sinem Koç həbs edilib. 
 
Qlobal.az Teleqraf.com-a istinadən xəbər verir ki, Sinem Koç ilkin ifadəsində cinayəti etiraf edib. 

"Kitablarını oxuyandan sonra onu öldürmək qərarına gəldim. Kitabda mələklərdən bəhs edirdi. Yazar şeytanın biri idi. Başqalarına zərər verməsin deyə öldürdüm", deyə o, bildirib. 
 
"Mələklərlə yaşamaq” adlı kitabı ilə məşhurlaşan yazıçı Beki İkala Erikli dekabrın 16-da Bəyoğluda çalışığı ofisin qarşısında güllələnib.
 
Onu öldürməkdə şübhəli bilinən Sinem Koç anasının evində saxlanılıb və onun üzərindən qətldə istifadə olunan tapança tapılıb. Psixoloji problemləri olan Sinem Koç 4 il öncə ərindən boşanıb. 
 
Araşdırmalar davam edir. 
 

loading...



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook