SON XƏBƏR

Türkiyəli ekspert: "Ölkədə qiymət artımı sürətlənəcək"

İyun 27
13:13 2018
"Yenidən Türkiyənin Prezidenti seçilmiş Rəcəb Tayyıb Ərdoğanın qarşısında iqtisadi məsələlər problem olaraq qalır".

Bunu "Report”a açıqlamasında Türkiyənin "Sözçü” qəzetinin jurnalisti, iqtisadçı-ekspert Taylan Böyükşahin bildirib.

Bu il türk lirəsinin 20% ucuzlaşdığını qeyd edən jurnalist kreditlərin yüksək faiz dərəcələrin də ölkə üçün problem yaratdığını qeyd edib: "Türkiyə iqtisadiyatı üçün maliyyə mənbəyi çox önəmlidir. Lakin yüksək faizlər sərmayə qoyuluşunu çətinləşdirir, evlərin, maşınların satın alınması zəifləyir. Belə vəziyyət R.T.Ərdoğanın qurduğu iqtisadi modelə uyğun deyil”.

Onun sözlərinə görə, ölkədə işsizlik səviyyəsinin 10% olması, qiymət artımının 12,15%-ə, tədiyyə balansındakı kəsirini 57 mlrd. ABŞ dollarına çatması, xarici ticarətdəki mənfi saldonun artması R.T.Ərdoğan üçün həlli çətin məsələlərdir və iqtisadiyyata təzyiqini artıracaq.

"Türkiyədə xüsusilə inflyasiyanın sürətlə artması gözlənilir", - o qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook