SON XƏBƏR

Türkiyəli deputat Ramazan bayramı günü AŞPA-nın iclasının keçirilməsinə etiraz edib

İyun 27
00:11 2017
Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlayıb.
 
"Report"un Fransa bürosunun verdiyi xəbərə görə, sessiyanın birinci günü Türkiyə nümayəndə heyətinin üzvü bu gün müsəlman aləmində müqəddəs Ramazan bayramının qeyd olunduğunu sessiya iştirakçılarının nəzərinə çatdırıb.
 
O, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasının işinin bu bayram gününə salınmasına öz etirazını bildirib. Türkiyə nümayəndə heyətinin üzvü xristianların dini bayramında olduğu kimi Ramazan bayramı zamanı da Avropa Şurasının fəaliyyətinə fasilə verilməsi təklifi ilə çıxış edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook