SON XƏBƏR

Türkiyəli deputat parlamentdə 20 Yanvar faciəsi ilə bağlı gündəmdən kənar çıxış edəcək

Yanvar 17
12:24 2018
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) 20 Yanvar faciəsi ilə əlaqədar gündəmdən kənar çıxış edəcək.
 
Bu barədə N.Ünüvar Trend-ə açıqlamasında bildirib.
 
Millət vəkili bildirib ki, 20 Yanvar faciəsi əsla unudulmayacaq və faciənin qurbanları daim xatırlanacaq.
 
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook