SON XƏBƏR

Türkiyədən Trampın təhdidinə sərt cavab

Yanvar 14
15:41 2019
Türkiyə Prezidentinin ictimaiyyətlə əlaqə üzrə müşaviri professor Fəxrəddin Altun ABŞ prezidenti Donald Trampın təhdidinə cavab verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, o, bu barədə "Twitter" hesabında açıqlama yayıb.

Altun Türkiyənin kürdlərin düşməni deyil, himayədarı olduğunu bildirib: "Türkiyənin kürdlərlə heç bir problemi yoxdur. Bizim məsələmiz PKK terror təşkilatı və onun Suriyadakı üzvləridir. Türkiyə terrorla mübarizəsini qətiyyətlə davam etdirəcəkdir. Bizim üçün əsas olan milli təhlükəsizliyimizdir. Terrorizmlə mübarizəmizi müəyyən edən əsas faktor da budur. Terrorizmin mənbəyi istər ideoloji, istər dini, istərsə də etnik olsun, bizim üçün fərqi yoxdur. Terror terrordur və vaxtında qurudulmalıdır".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Türkiyənin Suriyada kürdləri vuracağı təqdirdə, Türkiyəni iqtisadi tənəzzülə məruz qoyacaqlarını bildirib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook